BDU Geologiya fakültəsində TEC-in növbəti Elmi seminarı keçirilib
BDU Geologiya fakültəsində TEC-in növbəti Elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan prof.Nazim İmamverdiyev bütün seminar iştirakçılarını salamlayıb və tələbələrə uğurlar arzu edib.
TEC-in seminarında 2-сi kurs magistrant Hümbətov Nicatın “Kiçik Qafqazın Neogen vulkanizminin petrokimyəvi xüsusiyyətləri” mövzusunda çıxışı olmuşdur. O, çıxışında Kiçik Qafqazın mərkəzi hissəsində intişar tapmış andezit-dasit-riolit formaasiyası üçün yüksək kaliumlu kalsiumlu qələvili seriyanın əmələ gəlməsi, özünəməxsus petrokimyəvi tərkibə malik olub, tipik normal qələvili, kalsiumlu qələvili seriyadan fərqlənməsini nəzərə çatdırmışdır. Süxurların tərkibində SiO2-nin miqdarı artdıqda TiO2, Al2O3, FeO*, MgO, CaO, P2O5 miqdarı titanlı maqnetitin, klinopiroksenin, plagioklazın, apatitin fraksionallaşması hesabına azalmasını və bu qanunauyğunluğun xüsusilə SiO2-nin miqdarının 60-68% arasında dəyişməsində daha aydın hiss olunmasını bildirmişdir.Onun çıxışı yüksək qiymətləndirilmiş, gələcəkdə bu tipli tədqiqatların işğaldan azad olunan digər ərazilərimizdə də daha geniş miqyasda aparılması barədə fikir mübadiləsi aparılmış və bu işlərdə tələbələrin də aktiv iştirak etməsi tövsiyə olunmuşdur.
Daha sonra seminarda iştirak edən fakültənin professor-müəllim heyətinin və tələbələrin mövzu ətrafında sualları cavablandırılmışdır.