BDU könüllüləri Türkiyənin Kahramanmaraş bölgəsində
28 Fevral 2023 15:10
Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllülərinin içində Bakı Dövlət Universitetinin (BDU) 3 könüllüsü də var. BDU könüllüləri – Murad Zeynalov, Fazil Bəhramov və Murad Musazadə fevralın 10-dan Türkiyənin Kahramanmaraş bölgəsində yerli əhaliyə zəruri yardım ediblər. Murad Zeynalov və Fazil Bəhramov fevralın 26-da Vətənə dönüb, Murad Musazadə isə hələ də Kahramanmaraşda könüllülük fəaliyyətini davam etdirir.
Türkiyədən qayıtmış BDU könüllüləri ilə görüşən rektor Elçin Babayev onlara təşəkkür edib. Rektor bildirib ki, BDU könüllüləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, bütün məsələlərdə daim vətəndaş mövqeyi göstərirlər.
Murad Zeynalov və Fazil Bəhramov zəlzələ bölgəsində ümumi vəziyyət və Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumat veriblər. Qeyd ediblər ki, Kahramanmaraşda olduqları 15 gün ərzində evsiz sakinlər üçün çadırların qurulması, humanitar yardımların boşaldılması və paylanmasında yardım göstəriblər.
Son XƏBƏRLƏR
18.05.2025 | 20:11
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi
11.05.2025 | 17:13
Geologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsində
05.05.2025 | 23:32
Respublika elmi konfransı
05.05.2025 | 23:20
Konstitusiya və Suverenlik ili
03.05.2025 | 14:35