BDU Tələbə Gənclər Təşkilatı və Geologiya fakültəsinin birgə təşkilatçılığı ilə "Ümumdünya Sağlamlıq günü" nə həsr edilmiş dəyirmi masa keçirilmişdir
BDU Tələbə Gənclər Təşkilatı və Geologiya fakültəsinin birgə təşkilatçılığı ilə "Ümumdünya Sağlamlıq günü" nə həsr edilmiş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Geologiya fakültəsinin professor-müəllim heyəti və tələbələrlə yanaşı, qonaq qismində BDU-nun Humanitar məsələlər və Gənclər siyasəti şöbəsinin müdiri - Ramin Səmədov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, Səhiyyə Nazirliyinin nəzdində xidmət göstərən Covid-19"la mübarizə işçi qrupunun üzvü - Günay Quluzadə, BDU Bilologiya fakültəsi Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi - Mehnurə Rəhimova və neyrocərrah - Tural Mustafayev iştirak etmişdir. Tədbir Geologiya fakültəsi TGT sədri Aysun Abbaszadənin aparıcılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev açmış, bütün tədbir iştirakçılarını salamlamışdır. Bu günün "Ümumdünya sağlamlıq günü" ilə yanaşı "Geoloq günü"nə də təsadüf etdiyini vurğulayan İlqar müəllim bu münasibətlə də bütün geoloq həmkarlarını təbrik etmişdir. Bundan əlavə "Ümumdünya sağlamlıq günü"nün günümüzdə bütün bəşəriyyətin Covid-19lamübarizə apardığı bir dövrdə çox mühüm olduğunu, bu sahədə fəaliyyət göstərən səhiyyə işçilərinin bu mübarizədə gərgin əməyinin olduğunu diqqətə çatdırmış və onlara bu fədakarlıqlarından dolayı öz təşəkkürünü bildirmişdir.
Tədbirdə qonaq qismində çıxş edən BDU-nun Humanitar məsələlər və Gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov da "Geoloq günü" münasibətilə ölkəmizin iqtisadi potensialının möhkəmlənməsində, müxtəlif sahələrin mineral xammal ehtiyatı ilə təmin olunmasında xüsusi rol oynayan bütün geoloqlara fəaliyyətlərində uğurlar arzu etmişdir. Həmçinin "Ümumdünya sağlamlıq günü" münasibətilə bütün səhiyyə işçilərini təbrik etmişdir. Görünməz düşmən olan Covid-19la mübarizədə bütün səhiyyə işçilərinin gərgin əməyini qeyd edən Ramin müəllim bu kimi maarifləndirici tədbirlərin silsilə xarakter daşıdığını söyləmişdir. Covid-19la mübarizədə daha effektiv maarifləndirici işlərin görülməsinin vacibliyini diqqətə çatdıran Ramin müəllim sonda səhiyyə sahəsində fəaliyyət göstərən hərkəsə öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra Geologiya fakültəsi, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi "Geoloq günü" ilə bağlı çıxış etmişdir. O, bu günün ənənəvi olaraq hər il aprel ayının ilk bazar günü keçmiş SSRİ-yə daxil olan bir çox ölkələrdə geoloji elmlər və ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislər tərəfindən qeyd olunduğunu bildirmişdir. Həmçinin bu əlamətdar günün SSRİ Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 31 mart tarixli Fərmanı ilə mineral-xammal bazanın yaradılmasında sovet geoloqlarının xidmətləri nəzərə alınaraq qeyd edilməsi qərara alındığını diqqətə çatdırmışdır. Peşə bayramının keçirilmə vaxtının aprel ayının əvvəlləri seçilməsi müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin həmin vaxtlarda çöl-tədqiqat işlərinə başlaması, eləcə də ekspedisiyalara hazırlaşması ilə əlaqədar olduğunu söyləmişdir. Sonda geologiya sahəsində fəaliyyət göstərən bütün həmkarlarını təbrik etmiş, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə qonaq qismində çıxış edən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, Səhiyyə Nazirliyinin nəzdində xidmət göstərən Covid-19"la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə "Ümumdünya sağlamlıq günü"nün bütün dünyada qeyd edilməsinin əhəmiyyətindən söz açmışdır. Xüsusilə Covid-19la mübarizədə vətəndaş məsuliyyətinin önəmli olduğu, bu sahədə görülən işlərin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Vaksinasiya prosesinin mahiyyəti, insan sağlamlığının qorunması üçün bunun vacib olduğunu diqqətə çatdırmışdır. Əsas da qoruyucu tibbi maskalardan istifadənin vacibliyinə diqqət çəkən Günay xanım bunun sayəsində bir çox başqa virus xəstəlikıərinin yayılmasının qarşısının alındığı barədə məlumat vermişdir. Buna görə də hərkəsə öz sağlamlığını qorumaq üçün açıq hava şəraitində belə qoruyucu tibbi maskalardan istifadə etməyi tövsiyə etmişdir.
Tədbirdə növbəti qonaq qismində çıxış edən BDU Bilologiya fakültəsi Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Mehnurə Rəhimova da öz növbəsində "Ümumdünya sağlamlıq günü" münasibətilə təşkil olunmuş dəyirmi masada iştirak edən hərkəsi salamlamış və dəvət üçün öz təşəkkürünü bildirmişdir. Bu günün önəmini qeyd edən Mehnurə xanım xüsusilə ölkəmizdə səhiyyə sahəsində görülən işlərdən, dövlətin bu sahənin inkişaf etməsi üçün qayğısından danışmışdır. Bütün dünyada tüğyan edən Covid-19la mübarizədə ölkəmizdə mühüm işlər görüldüyünü vurğulayaraq, ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradıkan "Koronavirusla mübarizəyə dəstək fondu"nun yaradılmasının əhəmiyyətindən danışaraq, bununla da vətəndaş cəmiyyətinin bu mübarizəyə daha aktiv qoşulmasının təmin olunması istiqamətində vacib addım olduğunu söylədi. Sonda bu sahədə ən çox əziyyət çəkən səhiyyə işçilərini təbrik edərək, onlara dözüm, möhkəm iradə və cansağlığı arzu etmişdir.
Tədbirdə sonuncu qonaq qismində iştirak edən Neyrocərrah - Tural Mustafayev də iki əlamətdar gün münasibətilə həm Geoloqları, həm də Tibb işçilərinə təbrikini çatdırmışdır. Daha əvvəl çıxış edən həmkarlarının fikirlərinə qoşularaq, hərkəsə daha məsuliyyətli olmağı, virusla mübarizədə tövsiyə olunan tələblərə əməl etməyin vacibliyini vurğulamışdır.
Tədbirin sonunda Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov və Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev çıxış edərək tədbir barəsində öz müsbət fikirlərini söyləmiş, bu tipli tədbirlərin davamlı olmasının vacibliyini diqqətə çatdırmışlar.