Geologiya fakültəsində “26-Fevral Xocalı soyqırımı” nın 29 illiyinə həsr olunmuş tədbir keçirilib
26 Fevral 2021 12:00

Bakı Dövlət Universiteti Tələbə Həmkarlər İttifaqı Komitəsinin təşkilatçılığı ilə Geologiya fakültəsində “26-Fevral Xocalı soyqırımı” nın 29 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova başda olmaqla, BDU THİK sədri Hacıbaba Mustafayev, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Geologiya fakültəsi, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev və THİK Geologiya fakültəsinin sədr müavini Nihad Səlimov öz çıxışlarını təqdim edib. Tədbirdə ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikdən danışılıb. Eyni zamanda soydaşlarımız çəkdiyi əziyyətlər və üzləşdiyi çətinliklərdən də söhbət açılıb. Tədbirin sonunda ADPU Filologiya fakültəsinin tələbəsi Cəmilə Məmmədova və BDU Geologiya fakültəsinin tələbəsi Mübariz Qədirov öz şeirlərini təqdim etdilər. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Son XƏBƏRLƏR
19.12.2025 | 21:03
BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
17.12.2025 | 17:55
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.
11.12.2025 | 15:34
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir
26.11.2025 | 20:18