Bu gün Od çərşənbəsidir
2 Mart 2021 12:00

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od çərşənbəsi xalq arasında “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” kimi də tanınır. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.
Od çərşənbəmiz mübarək!