Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda keçirilmiş “Açıq qapı” günü
2 Noyabr 2023 15:37

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin bir qrup tələbəsi Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda keçirilmiş “Açıq qapı” gününün qonaqları olmuşlar. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Reyhan Qaraşova tələbələri bu elm ocağının tarixi, strukturu. elmi fəaliyyət istiqamətləri, eyni zamanda Şuranın fəaliyyəti haqqında məlumatlandırıb. Daha sonra tələbələr Şura üzvləri Gülcamal İsayeva, Reyhan Qaraşova, Səfərbəy Ələkbərlinin müşayiətilə institutun laboratoriyaları və şöbələri ilə tanış olmuşlar. “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə laboratoriya rəhbəri Nazim Sadıqov, elmi işçi Bahar Babayeva, “Neftin geokimyası laboratoriyası”nda mühəndis Elşən Mirzəzadə, “Geoloji materialların texniki emalı” şöbəsində g.-m.e.f.d Nağı Nağıyev, “Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası” şöbəsinin texniki Rəhimə Heybətova və digər təcrübəli mütəxəssislər cihaz və aparatların işləmə prinsipi ilə şöbələrin fəaliyyəti haqqında məlumat vermişlər. Həmçinin tələbələrin iştirakı ilə laboratoriya əməkdaşları tərəfindən bir neçə nümunələrin analizləri həyata keçirilmişdir. Sonda institutun Geoloji – mineraloji muzeyinin rəhbəri Əbülfət İmanov və muzeyin əməkdaşı Leyla Həziyeva isə qonaqlar üçün süxur və minerallar barədə maraqlı məlumatlar səsləndiriblər. Tədbirin sonunda kollektiv xatirə şəkli çəkdirilib.
Son XƏBƏRLƏR
19.12.2025 | 21:03
BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
17.12.2025 | 17:55
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.
11.12.2025 | 15:34
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir
26.11.2025 | 20:18