Elmi konfrans keçirilmişdir
21 Noyabr 2022 19:40

21-24 noyabr 2022-ci il tarixində Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Geokimya İnstitutunun 65 və akademik V.L.Tausonun 105 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransın plenar iclasında BDU-nun Geologiya fakültəsinin Ümumi və tarixi geologiyası kafedrasının müdiri prof. Nazim İmamverdiyev “Kiçik Qafqazın Bayos yaşlı ada qövsü vulkanizminin geokimyəvi xüsusiyyətləri” mövzusu ilə videoformatda çıxış etmişdir. Konfransda həmçinin Ümumi və tarixi geologiyası kafedrasının dosentləri Nürəddin Abbasov və Rübabə Rüstmova da iştirak ediblər.
Qeyd etmək lazımdır ki, konransda Rusiya Fedarativ Respublikasının İnstitut və Universitetləri ilə yanaşı Azərbaycan, Özbəkistan və Monqolustandan olan alimlər 100-dən çox məruzələrlə çıxış etmişlər. Konfransın müxtəlif sessiyalarında dinlənilən məruzələr “Müxtəlif geodinamik şəraitlərdə maqmatik, metamorfik və çökmə süxur komlekslərinin izotop-geokimyəvi tədqiqatları”, “Filiz-maqmatik sistemlərinin geokimyəvi tədqiqatları və faydalı qazıntı yataqlarının axtarış və proqnazlaşdırılmasının müasir üsulları”, “Ətraf mühitin geokimyası, geoekologiya və paleoiqlim” problemlərinə həsr olunmuşdur.
Son XƏBƏRLƏR
19.12.2025 | 21:03
BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
17.12.2025 | 17:55
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.
11.12.2025 | 15:34
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir
26.11.2025 | 20:18