Elmi seminar keçirilmişdir
28 Fevral 2022 16:30
28.02.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Elmi seminar keçirilmişdir. Seminarda fakültənin professor-müəllim heyəti, tələbə və magistrlar iştirak etmişdir.
Seminarı giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov elmi seminarların keçirilməsinin mahiyyəti barədə danışmış və bundan sonra da bu tipli elmi seminarların mütəmadi olaraq keçiriləcəyini bildirmişdir. Gələcəkdə keçirilən seminarlarda tələbə və magistrların aktiv iştirakının vacibliyinə toxunmuşdur.
Daha sonra Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova "Samur-Şabran zonasının suvarılan torpaqlarının hidrogeoloji-meliorativ şəraitinin formalaşması amillərinin xarakteristikası" mövzusunda məruzəsi ilə seminarda çıxış etmişdir. Məruzədə tədqiqat obyektinin Böyük Qafqaz sıra dağlarının şimal–şərq hissəsindən Xəzər dənizinə qədər olan sahəni əhatə ediyi bildirilmişdir. Oroqrafik cəhətdən sahə tədricən Xəzər dənizinə doğru maili olan və əvvəlcə Qusar dağətəyi düzənliyinə, sonra isə aşağı düzən sahəyə keçən yüksək dağlarla xarakterizə olunmuşdur. Tədqiqat sahəsində torpağın hidrogeoloji-meliorativ şəraitinin əsas göstəriciləri qrunt sularının yatım dərinliyi, minerallaşması, kimyəvi tərkibi və torpaq-qruntların şoranlaşması haqqında məlumat verilmişdir. Samur-Şabran zonasının suvarılan torpaqlarının demək olar ki, 15%-i qeyri-qənaətbəxş hidrogeoloji-meliorativ vəziyyətlə xarakterizə olunur. Bəzi sahələrdə qrunt suyu səviyyəsi yer səthindən 1-1,5 m dərinlikdə qərarlaşmış, bəzi sahələrdə isə suvarılan torpaqlarda hətta bataqlıqlaşma müşahidə olunur. Nəticədə torpağın üst qatının təkrar şoranlaşması baş verir. Suvarma sularının qeyri-səmərəli istifadəsi torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin daha tez pisləşməsinə səbəb olur. Buna görə də hidrogeoloji-meliorativ vəziyyəti qeyri-qənaətbəxş olan torpaqların üzərində daimi nəzarəti saxlamaq vacibliyi vurğulanmışdır.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılmış, məruzədə göstərilən məsələlər və əldə olunmuş nəticələrin tətbiq sahələri müzakirə olunmuşdur.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36