Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunmasının II ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
27 Oktyabr 2022 15:52
Bakı Dövlət Universitetinin Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunmasının ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Geologiya fakültəsinin dekanı Mamoy Mansurov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Milli Məclisin üzvü Vüqar İskəndərov Zəngilan və Füzuli rayonlarında ermənilər tərəfindən işğal dövründə həyata keçirilən dağıntılar barədə geniş məlumat verib. Qeyd edib ki, faşist ideologiyalı ermənilər 30 ilə yaxın müddətdə bu ərazilərdə ekoloji terror törədib, təbii sərvətlərimizi talayıb, tarixi, mədəni, dini irsimizin qəniminə çevrilib.
Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən Ramiz Əhlimanov isə Zəngilanın işğaldan əvvəlki və sonrakı vəziyyətini müqayisə edib.
Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Samirə Novruzova, 3-cü kurs tələbəsi Sona Fərəcli çıxışlarında Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq-abadlıq işlərinin aparıldığını vurğulayıblar. Bildiriblər ki, azad edilən torpaqlarımız tezliklə yenidən cənnətə çevriləcək. Regionda həyata keçirilən böyük iqtisadi layihələr, Füzuli və Zəngilan hava limanlarının açılması həmin günü daha da yaxınlaşdırır.
Sonda Vətən müharibəsi iştirakçıları öz xatirələrini bölüşüblər.
Tədbir Vətən müharibəsi iştirakçısı Məbud Əhmədovun ifası ilə başa çatıb.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36