Geologiya fakültəsində elmi seminar keçirilmişdir
13 İyun 2023 14:52
Seminarda BDU-nun əməkdaşları, gənc tədqiqatçıları, tələbələri və Geologiya və Geofizika İnstitutunun əməkdaşları iştirak etmişlər. Yıldırım Dilək seminarda “Ofiolitlər və qlobal tektonika: zamanca okean yer qabığının formalaşmasında tendensiyalar” mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarı Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov açaraq qonaqları və tədbir işrirakçılarını salamlamış, professor Yıldırım Diləyin tədris və elmi fəaliyyəti haqqında iştirakçıları məlumatlandırmışdır.
Yıldırım Dilek məruzəsində qeyd etmişdir ki, ofiolitlər müxtəlif tərkibli maqmatik süxurların (diabaz və spilitlər, peridotit və serpentinitlər və b.) assosiasiyasıdır. Evgeosinklinalları, yaxud okean mənşəli strukturları səciyyələndirən əsas göstəricilərdən sayılır. Qırışıqlıq zonalarının, yaxud sistemlərinin ilkin mərhələlərində yaranır. O, qeyd etmişdir ki, ofiolitlər kəsilişində, süxurların aşağıdakı əmələgəlmə və ya yaranma ardıcılığı müşahidə olunur (aşağıdan yuxarı): 1) serpentinləşmiş dunit və peridotitlər, yaxud hiperbazit və qabbro-amfibolit parçalarından ibarət olan tektonik melanj; 2) qabbro, qabbro-amfibolitlər, qabbro-miqmatitlər (bəzən diorit və plaqioqranit ilə); 3) çoxsaylı diabaz daykaları ilə yarılmış amfibolitlər; 4) diabaz və spilitlər, pillou lavalar və onlarla növbələşən kvarsit layları və b. İlk dəfə ofiolit süxur assosiasiya təsvir edən Lotti (1886) və b. hesab edirdi ki, onlar ultraəsasi və əsasi maqmanın qırışıqlıq zonalarının (geosinklinallar) orogendən əvvəlki etapında yer qabığının yuxarı təbəqələrinə soxulması nəticəsində yaranmışdır. Ofiolitlər müxtəlif geodinamik şəraitdə: okeanların aralıq okean sıra dağları istisna olmaqla, adalar qövsündə, qitəkənarı hövzələrdə, subduksiya zonalarında da yarana bilərlər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır. Mövzu üzrə akademik Vasif babazadə, professor Nazim İmamverdiyev və digərləri çıxış etmişlər. Seminarın yekununda xatirə şəkilləri çəkdirilmişdir.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36