Geologiya fakültəsində növbəti elmi seminar
1 Mart 2023 14:56

01.03.2023-cü il tarixində Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir. Seminarda Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova “Tərtərçay gətirmə konusunda yeraltı suların yayılma qanunauyğunluqları və ekomeliorativ vəziyyətə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə Tərtərçay gətirmə konusu hüdudlarında qrunt sularına geniş yayılmış müasir və IV dövr çöküntülərinin müxtəlif dərinliklərdə formalaşması haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, qrunt sularının yatma dərinliyi 1-10m arasında dəyişir və qərbdən şərqə doğru yer səthinə yaxınlaşır. Onların yerləşmə dərinliyi gətirmə konusunun geomorfoloji xüsusiyyətlərindən, relyefin xarakterindən, süxurların litoloji tərkibi və sukeçirmə əmsalından, qrunt sularının qidalanma şəraiti və sərfindən asılı olaraq formalaşır. Tərtərçay gətirmə konusu ərazisində təzyiqli sulu horizontlar geniş yayılmışdır. Gətirmə konusunun yüksək sahələrində yeraltı sular vahid təzyiqsiz sulu horizontu əmələ gətirdiyi halda, periferiya zonasına doğru vertilkal istiqamətlərdə yaxşı su keçirən və su keçirməyən çöküntülərlə təbəqələnmə hesabına bir neçə sulu laylara ayrılır. Üst sulu horizont təzyiqsiz sular hesab olunur. Təzyiqli sulu horizontlarda dərinliyə getdikcə suyun təzyiqi artır. Yeraltı sular eyni qidalanma mənbəyinə və hidravliki əlaqələrə malik olan yeraltı təzyiqli su kompleksini əmələ gətirir.
Məruzə maraqla dinlənilmiş, seminar iştirakçılarınıın suallarına cavab verilmiş, seminar ətrafındakı problemlərlə əlaqədar müzakirələr aparılmışdır.
Son XƏBƏRLƏR
19.12.2025 | 21:03
BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
17.12.2025 | 17:55
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.
11.12.2025 | 15:34
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir
26.11.2025 | 20:18