Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir
10 Noyabr 2022 15:41
Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir. Seminarda “Ümumi və tarixi geologiya” kafedrasının müdiri, professor Nazim İmamverdiyev “Geologiyada yeni paradiqm - mantiya plyümləri konsepsiyasi” mövzusunda çıxış etmişdir.
Məruzədə Litosfer plitələrinin tektonikası nəzəriyyəsindən sonra meydana çıxmış mantiya plyümləri konsepsiyası haqqında geniş məlumat verilmişdir. Seminar iştirakçılarının nəzərinə çatdirilmışdır ki, hal-hazırda aşağı mantiya və nüvə arasında seysmik tomoqrafiyanın məlumatları əsasında D”” (D dubl prim) qatı müəyyən olunmuşdur və bu qatdan plyümlər (qaz axınları) əmələ gəlir. Bu nəzəriyyənin əsasında litosfer plitələrinin hərəkəti və onun yaratdığı müxtəlif hadisələr yüksək səviyyədə izah edilə bilir. Bu nəzəriyyəyə görə Yerin bütün qatları, hətta onun nüvəsi də Yer qabığında gedən geoloji proseslərə cəlb olunur və Yer planetinin müasir geodinamik fəallığının ümüumi şəkli son formasını alır. Plyümlərin hərəkət formasından asılı olaraq konstruktiv (okean və kontinental riftlər) və destruktiv (subduksiya zonaları, ada qövsləri, kolliziya zonaları) geodinamik şəraitlərində müxtəlif tip maqmatizm yaranır. Bu nəzəriyyə ilə Yer kürəsində geniş yayılan “qaynar nöqtələrin” (“hot spot”) də formalaşma səbəbləri aydınlaşdırılır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36