Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir.
26 May 2022 09:16
Mayın 26-da Bakı Dövlət Universitetinin Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir. Seminarda Seysmologiya və Yer təkinin fizikası kafedrasının müəllimi Elnarə Əhmədova “GPS ölçmələrinə əsasən Azərbaycan ərazisinin horizontal hərəkətlərinin sürət sahəsinin struktur təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.
GPS sürət sahəsinin kompleks yanaşma ilə struktur təhlil aparılmış və əldə olunmuş nəticələrlə Azərbaycanın ərazisində geodinamik rejimin fərqli xarakter daşıdığı müəyyən olunmuşdur.
Son 20 ildə aparılmış GPS müşahidələrindən əldə olunmuş sürət sahəsi Azərbaycan və Kiçik Qafqaza qonşu olan ərazilərdə yer qabığı səthinin Avrasiyaya materikinə nəzərən Şm,ŞmŞ istiqamətində hərəkətini aydın şəkildə təsvir edir. GPS sürət sahəsinin aydın şəkildə ifadə olunan xüsusiyyətlərindən biri cənubdan şimala doğru Böyük Qafqaz üstəgəlməsinin uzanma istiqamətinə perpendikulyar olan GPS sürət komponentlərinin qiymətinin azalmasıdır.
Daha sonra məruzəçiyə mövzu ətrafında suallar verilmişdir.
Sonda seminar Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov, həmin kafedranın dosenti, y.e.d.Vaqif Qədirov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri, professor Bahadır Qələndərovun mövzu ətrafında çıxışları ilə başa çatdı.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36