Geologiya fakültəsinin əməkdaşları Gədəbəy rayonunda olmuşlar
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professor-müəllim heyyəti 28-30 may 2022-cil tarixində “Şuşa ili” ilə bağlı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətində (Gədəbəy rayonu) olmuşlar. Kafedranın yerinə yetirdiyi “Strateji növ mineral xammal yataqları: geoloji xüsusiyyətləri, əmələgəlmə şəraiti, kompleks mənimsənilməsinin və emalının problemləri” mövzusu üzrə nəcib və əlvan metal yataqlarının geologiyası, yerləşmə qanunauyğunluqları, genetik modellərinin qurulması və perspektivlik kriterləri istiqamətində elmi-tədqiqat işlərinin davam etdirilməsi üçün şirkətin müqavilə sahəsindəki Gədəbəy, Zəfər, Qədir və Uğur mədənlərində olmuşlar. Əməkdaşlar şirkətin aparıcı mütəxəssisləri ilə yeraltı və yerüstü mədənlərdə müşahidələr aparmış və öz fikirlərini bölüşmüşlər. Eyni zamanda şirkətin filizlərin doğranması və üyüdülməsi sexlərinə, filizlərin aşındırılması meydancalarına, filiz emalı zavoduna səyahət edilimiş və qızıl, mis və gümüş kimi metalların emalı prosesini izləmişlər.
Aparılan müşahidələrin yekunu olaraq kafedra əməkdaşlarının təşəbbüsü və şirkətin aparıcı mütəxəssislərinin iştirakı ilə “AİMKL şirkətinin fəaliyyət planı, müqavilə sahələrində yerləşən yataq və təzahürlərin qlobal tektonikada mövqeyi, genetik modellərinin müasir filizəmələgəlmə modellərinə tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Seminarda şirkətin böyük geoloqu Cavid İbrahimov çıxış etmişdir. Mövzu ətrafında müzakirələr və çıxışlar olmuşdur. Şirkətin əməkdaşları Anar Vəliyev, Şakir Qədimov, Rəşad Əsgərov, fakültə əməkdaşlarəndan fakültə dekanı Mamoy Mansurov, professorlar Nazim İmamavedriyev, Şəhla Abdullayeva və dosent Aygün İsmayılova mövzu ətrafında çıxış edərək öz fikirlərini söyləmiş və belə tədbirlərin davamlı olmasının vacibliyini qeyd etmişlər.
Bizə yaradılan şəraitə və dəstəyə görə fakültə adından Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin rəhbərliyinə və bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk.