Geologiya fakültəsinin magistrantları Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında iştirak ediblər.
27 May 2022 10:11

BDU Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının “Seysmologiya və Seysmometriya” ixtisasının magistrantları Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında iştirak ediblər. “Təbiət elmləri” bölməsi üzrə Samir Abdullayev 1-ci yer, “Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi” bölməsi üzrə Nurlan İsgəndərli 2-ci yerə layiq görülüb.