Geologiya fakültəsinin növbəti seminarı
10 Fevral 2023 23:03

Seminarda Ümumi və tarixi geologiya kafedrasının dosenti Fərrux Həsənov “Məhsuldar qat çöküntülərində kimyəvi elementlərin paylaşmasının süxurların struktur-litoloji-mineraloji xüsusiyyətlərindən asılılığı” mövzusu ilə çıxış etmişdir.
Məruzədə Bulla-dəniz və başqa yataqların neftli çökmə suxurların kimyəvi və mineraloji tərkibi haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Bulla-dəniz yatağında böyük dərinliklərdə (6314m-dən – 6400m-dək) suxurların kimyəvi və mineraloji tərkibi kəskin dəyişir. Bu intervalda kvars və çöl şpatının miqdarı kəskin azalır, lakin kalsit və barit minerallarının miqdarı artır. Bu kəsilişdə karbonatların əmələ gəlməsi yenidən kristallaşma ilə əlaqədar olub, əsas proseslərdən biri kimi postsedimentasiyon dəyişməsi və polimorf kalsitin yaranmasına səbəb olur.
Məruzə maraqla dinlənilmiş, seminar iştirakçılarınıın suallarına cavab verilmiş, seminar ətrafındakı problemlərlə əlaqədar müzakirələr aparılmışdır.
Son XƏBƏRLƏR
19.12.2025 | 21:03
BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
17.12.2025 | 17:55
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.
11.12.2025 | 15:34
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir
26.11.2025 | 20:18