I kurs tələbələri ilə növbəti görüş keçirilmişdir
17 Noyabr 2022 12:36
17.11.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində I kurs tələbələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə dekan Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov və fakültənin bir sıra professor-müəllim heyəti də iştirak etmişdir. Görüş əsasən I kurs tələbələrinin tədris prosesinə adaptasiyası olunmaları, onların mövcud çətinlikləri və qiymət göstəriciləri zəif olan tələbələrin qruplar üzrə statistik məlumatları ilə tanışlığa həsr olunmuşdur.
Mamoy Mansurov çıxışında bildirmişdir ki, müxtəlif ixtisaslar üzrə I kursda təhsil alan tələbələrimizin payız semestrinin son iki ayı ərzində göstəricilərini ümumilikdə qənaətbəxş hesab etmək olar. Lakin bununla bərabər ayrı-ayrı qruplar və ixtisaslar üzrə qiymət göstəriciləri zəif olan tələbələr də mövcuddur. Onların da tədris prosesində qarşılaşdığı çətinliklərin aradan qaldırılması dekanlıq qarşısında duran vacib məsələlərdəndir və mütəmadi olaraq bu məsələ ilə bağlı tələbələrlə fərdi söhbətlər aparılır. Həmçinin tələbələrin ixtisaslar üzrə gələcəkdə əmək bazarında layiqli yer tutmaları üçün bugün aldıqların təhsilin vacibliyinə toxunan Mamoy müəllim tədris prosesində daha fəal iştirak edərək tələbələrin öz göstəricilərinin yüksəltməyinin vacibliyini bildirdi. Xüsusən də gələcəkdə fakültədə “Sabah qrupları”nın yenidən açılması üçün bunun vacib olduğunu vurğuladı.
Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev öz çıxışında tələbələrin universitetin daxili nizam-intizam qaydalarına riayət etmələrini, universitetdə fəaliyyət göstərən təşkilatlarda iştirak edərək öz sosial həyatlarını daha səmərəli təşkil etmələrini tövsiyə etdi.
Daha sonra kafedra müdirləri də öz çıxışlarında tələbələri universitet daxilində daima nizam-intizamli olmağa, tədris olunan fənləri daha dərindən mənimsəmək üçün müəllimlərlə dərsdən əlavə boş vaxtlarda da kafedralara yaxınlaşıb müəllimlərinə istənilən bir sualla müraciət etmələri və özlərinin də onlara yardımçı olmalarını məsləhət gördülər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı, onların təklifləri dinlənildi.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36