İçməli su: problemlər, həll yolları
28 Dekabr 2022 00:07

Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir. Seminarda Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova "İçməli su: problemlər, həll yolları" mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, dekan müavini Şakir Balammədov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Məruzədə Azərbaycanda son 20 ildə mövcud olan içməli su problemləri ilə bağllı məsələlər araşdırılmış, problemin həll yolları nəzərdən keçirilmişdir.
İnsan cəmiyyətinin dayanıqlı inkişafı təbii resursların, o cümlədən yeraltı və yerüstü şirin su ehtiyatlarının səmərəli istifadəsindən çox asılıdır. Müasir dövrün ən aktual problemlərindən biri əhalinin və müxtəlif təsərrüfat sahələrinin etibarlı su təminatıdır. Dünya əhalisinin sayının artımı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə və sənaye sahələrinin genişlənməsinə səbəb olur. Digər tərəfdən, qlobal iqlim dəyişikliyi nəticəsində mövcud su ehtiyatlarının azalması müşahidə olunur. Nəticədə, bir çox regionların su təminatı kəskin pisləşir ki, bu da əhalinin ərzaq təminatına və regionların ekoloji təhlükəsizliyinə birbaşa təsir göstərir.
Əhalinin sayının intensiv artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbat durmadan artır. Bütün bunların, eləcə də su ehtiyatlarından səmərəsiz istifadənin nəticəsində ölkənin içməli və suvarma suyu ilə təminatında problemlər yaşanmaqdadır.
Son XƏBƏRLƏR
19.12.2025 | 21:03
BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
17.12.2025 | 17:55
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.
11.12.2025 | 15:34
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir
26.11.2025 | 20:18