II kurs tələbələrinin tədris olunan fənlər üzrə orta statistik göstəricilərinin təhlili
23 Noyabr 2022 23:30
23.11.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 2022/2023-cü tədris ilinin «Payız semestrinin I yarısında II kurs tələbələrinin tədris olunan fənlər üzrə orta statistik göstəricilərinin təhlili»nə həsr olunmuş iclas keçirilmişdir. İclasda Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev iştirak etmişdir.
İclası giriş sözü ilə açan Mamoy Mansurov Payız semestrinin I yarısında II kurs tələbələrinin tədris olunan fənlər üzrə orta statistik göstəricilərini elan etdi. Müxtəlif ixtisas və qruplar üzrə təhsil alan tələbələr arasında daha zəif nəticə göstərmiş tələbələrin sonrakı mərhələdə öz nəticələrini yüksəltmək üçün təkliflər səsləndirildi. Mamoy müəllim bu görüşün məhz daha zəif nəticə göstərmiş tələbələr üçün təşkil olunduğunu, belə davam edəcəyi halda gələcəkdə onların təhsillərini davam etdirmələrinin çətin olacağını vurğuladı. Həmin tələbələrin valideynləri ilə də profilaktiki söhbətlərin aparılacağını bildirdi. Gələcəkdə öz ixtisasları üzrə kareyarlarını qurmaq üçün, həmçinin oxuduqları müddətdə təqaüd proqramlarına qoşulmaq üçün mütləq şəkildə onların təhsil göstəriciləri yuxarı olmalıdır, əks təqdirdə heçbir nəticə əldə edə bilməzlər.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev çıxış edərək bildirdi ki, tələbələrin universitetin daxili nizam-intizam qaydalarına riayət etmələrini, ümumən universitetin nüfuza xələl gətirəcək hərəkətlərdən qaçınmalarını bildirdi. Fakültənin sosial həyatında daha aktiv iştirak etmələrini tövsiyə etdi.
Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev də çıxış edərək geologiya sahəsində təhsil alan tələbələrin öz ixtisaslarını daha dərindən mənimsəmələrini tövsiyə etdi. Ölkə iqtisadiyyatının əsasını məhz geoloqların əməyi nəticəsində istismar olunan faydalı qazıntılar olduğunu söyləyən Nazim müəllim, bunun üçün də öz ixtisaslarına dərindən yiyələnməli olduqlarını bildirdi.
Sonda tələbələrin sualları cavablandırıldı, təklifləri dinlənildi.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36