Karyera planlaması və mövcud əmək bazarının reallıqları
17 Aprel 2023 10:00
“Turan Qazma və Mühəndislik” şirkətinin dəniz neft-qaz quyularının qazılmasında texniki təhlükəsizlik üzrə mütəxəssisi Əkbər Cəlilov növbəti dəfə Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin III kurs tələbələrinə “Karyera planlaması və mövcud əmək bazarının reallıqları” mövzusundə ustad dərsi keçib.
Məruzəçi müasir əmək bazarında mövcud iş imkanları və karyera planmasının müasir tələbləri haqqında məlumat verdi. Daha sonra bildirdi ki, yeni və yaxud çox bilinməyən iş sahələrini tanımaq hər işaxtaran üçün çox önəmlidir. Oxuduğunuz ixtisasla bağlı çalışa biləcəyin bütün iş sahələrini bu iş sahələrinin prespektivlərini və əmək qiymətləndirməsini dərindən araşdıraraq işə başlaya bilərsiz.Həmçinin vakansiya saytlarında çıxan və nə mənaya gəldiyini bilmədiyiniz vakansiyaları mütləq araşdırın.
İş prespektivləri dedikdə həmin səhənin gələcəyə yönəlik mümkün inkişaf istiqaməti və keçid edilə biləcək iş istiqamətləri nəzərdə tutulur. Misal qrafik dizayner olaraq çalışırsız bu sahədə təcrübə topladıqdan sonra Art direktor olaraq çalışa bilərsiz və ya qrafik dizayner olaraq çalışmaq istəmədikdə 3D dizayn və ya interyer dizayn sahəsinə keçid edə bilərsiz. Demək olar əksər iş sahələrinin bu şəkildə prespektivləri vardır. Doğru araşdırma aparmaq sizə yeni qapılar açacaqdır. Bu araşdırma zamanı həmin sahədə çalışan insanların Linkedin hesablarını izləmək və ya həmin insanlarla tanış olmaq də sizə çox dəyərli bilgilər verəcəkdir.
Əgər doğru ixtisası oxumadığınızı düşünürsüzsə və ya ali təhsiliniz yoxdursa bu da karyeranızda irəliləyə bilməyəcəksiz demək deyil. Misal üçün copyrighter, SEO-SMM mütəxəssisi, UI, UX dizayner, scrum master və ya bu kimi onlarla yeni peşə sahələri son illərdə çox tələb gördüyünü deyə bilərik. Bir çox hallarda gənclər bu peşə sahələrinin onların ixtisasına uyğun olmadığını və ya bu sahədə təhsil almadıqlarını düşünüb üzərindən keçir. Bilmək lazımdır ki, hazırda nəyinki Azərbaycanda dünyada da çox az universitet bu yeni sahələrlə bağlı təhsil verir. İnsanlar müxtəlif internet resursları onlayn kurslar (youtube coursera,udemy) və s. vasitələrlə bu peşələrə yiyələnib karyerasını qururlar. Siz də müəyyən vaxt sərf edərək kodlaşdırma, dizayn, data analizi və s. bu kimi sahələri öyrənib hətta ofisə belə getmədən frilans olaraq kifayət qədər gəlir əldə bilirsiz. Bütün bunlar üçün ingilis dilini öyrənməyin önəmini də vurğulamadan keçməyək. Ola bilər ki, yeni peşə sahələrini araşdırmayaraq xəyalınızdakı işi tapmaq şansını itirirsiz. Yaxın gələcəkdə hələ hansı sahələrin yaranacağını, tələb görəcəyini dəqiqliklikdə demək qeyri-mümkündür. Yuxarıda da qeyd etdiyimiz kimi ancaq və ancaq şərtlərə uyğunlaşma bacarığınız və doğru zamanda doğru qərarlar verərək karyeranızda böyük uğurlar əldə bilərsiz.Yeri gəlmişkən, “uğurlu karyera” da nisbi anlayışdır. Kiminə görə Forbes jurnalına çıxmaq uğurlu karyeradır kiminə görə heç kimdən asılı olmadan maddi təminatını qarşılamaq uğurlu karyera sayıla bilər.Siz də özünü daha yaxşı tanıyaraq hədəflərinizi müəyyən edə bilərsiz.
Əmək bazarının reallıqları daxilində işçi qüvvəsinin qiymətləndirilməsi bilmək karyera planlamanızda əsas təsir edən faktorlardan biri olacaqdır. Aydındır ki, maddi təminat məsələsini diqqətə almadan istəklərə , bacarıqlara və dəyərlərə uyğun karyera istiqaməti seçmək də uzunmüddətli dönəmdə ciddi problem yarada bilir. Müəyyən sahədə vaxt və enerji sərf etdikdən sonra real əmək bazarında bu sahəyə tələbatın olmadığı və ya gəlir səviyyəsinin çox aşağı olduğu görmək fərqli karyera istiqaməti seçməyə məcbur edən səbəblərdən biri ola bilər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36