“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə şəhərsalmada kəhrizlərin rolu” mövzusunda ustad dərsi təşkil olunmuşdur.
2 İyun 2026 17:00

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu PHŞnin şöbə müdiri Sübhanə Şahmalıyevanın “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə şəhərsalmada kəhrizlərin rolu” mövzusunda ustad dərsi təşkil olunmuşdur. Tədbir müasir şəhərsalma proseslərində su ehtiyatlarının idarə olunması, tarixi mühəndis irsinin qorunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyıb.