Tədris olunan fənlər üzrə orta statistik göstəricilərinin təhlilinə həsr olunmuş iclas keçirilmişdir
25 Noyabr 2022 20:26
25.11.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 2022/2023-cü tədris ilinin «Payız semestrinin I yarısında III kurs tələbələrinin tədris olunan fənlər üzrə orta statistik göstəricilərinin təhlili»nə həsr olunmuş iclas keçirilmişdir. İclasda Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev, Faydalı qazıntılar kafedrasının müəllimi Hüriyyə Azayeva iştirak etmişdir.
İclası giriş sözü ilə açan Mamoy Mansurov Payız semestrinin I yarısında II kurs tələbələrinin tədris olunan fənlər üzrə orta statistik göstəricilərini elan etdi. Müxtəlif ixtisas və qruplar üzrə təhsil alan tələbələr arasında daha zəif nəticə göstərmiş tələbələrin sonrakı mərhələdə öz nəticələrini yüksəltmək üçün təkliflər səsləndirildi. Mamoy müəllim bu görüşün məhz daha zəif nəticə göstərmiş tələbələr üçün təşkil olunduğunu, belə davam edəcəyi halda gələcəkdə onların təhsillərini davam etdirmələrinin çətin olacağını vurğuladı.
Sonda tələbələrin sualları cavablandırıldı, təklifləri dinlənildi.
Son XƏBƏRLƏR
18.05.2025 | 20:11
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi
11.05.2025 | 17:13
Geologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsində
05.05.2025 | 23:32
Respublika elmi konfransı
05.05.2025 | 23:20
Konstitusiya və Suverenlik ili
03.05.2025 | 14:35