“Ümummilli lider və gənclər siyasəti”
Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü İlqar Quliyev Bakı Dövlət Universiteti və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda “Ümummilli lider və gənclər siyasəti”mövzusunda məruzə ilə çıxış edib, daha sonra Masallı məktəblilərinə Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr söyləyib.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.