“Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər”
19 Aprel 2023 09:41
19.04.2023-cü il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər” mövzusunda II Respublika Elmi Konfransı keçirilmişdir. Əsasən müasir yanaşmalarla Yer qabığında gedən proseslərin analizi və yer qabığında baş verən dəyişikliklərin səbəblərinin aşkar olunması üçün müasir metodların öyrənilməsi və tədqiqinə əsaslanan konfrans bir çox aspektlərdən məsələlərin analizinə əsaslanır. Konfransda müxtəlif mövzularda 100-ə yaxın tezislər təqdim olunmasına baxmayaraq, yekunda seçilmiş 60 tezis çıxış üçün haqq qazanmışdır.
Konfrasda Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, Ümumi və tarixi geologiya kafedrasının müdiri, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri professor Nazim İmamverdiyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, Ümumi və tarixi geologiya kafedrasının dosenti Təranə Təhməzova, tədbirin moderatoru – Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova, qonaq qismində isə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan dekan dosent Mamoy Mansurov çıxış edərək bildirdi ki, artıq ikinci dəfədir ki, TEC-in Respublika Elmi Konfransı keçirilir. Konfransın mütəmadi olaraq təşkil olunması tələbələrin gələcək elmi fəaliyyətinin stimullaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu ilki konfransın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmasının isə daha əlamətdar olmasını qeyd etdi. Sonda konfransın işinə uğurlar arzu etdi.
Daha sonra BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov çıxış edərək bildirdi ki, Ulu öndərin əziz xatirəsinə həsr olunmuş konfransın təşkilatçılarına öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, Ulu öndərin Azərbaycan elminin inkişafı üçün gördüyü işlər əvəzolunmazdır. Xüsusilə ötən əsrin 70-ci illərini qeyd edən Mais müəllim Ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin ümunittifaq respublikalarına təhsil almaq üçün göndərilməsini qeyd etdi. Bütün bunlar bugünkü Azərbaycan elminin inkişafında mühüm əhəmiyyətə malikdir Ümumilikdə konfransın işini müsbət qiymətləndirən Mais müəllim konfransın işinə uğurlar arzu etdi.
Geologiya fakültəsinin TEC-in elmi rəhbəri professor Nazim İmamverdiyev çıxış edərək bildirdi ki, artıq ikinci ildir ki, təşkil olunan TEC-in Respublika Elmi Konfransı bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün mühüm əhəmiyyətə malikdir. Seçdikləri ixtisas daha dərindən yiyələnmək, elmi fəaliyyətlə məşğul olmaq üçün bir növ lokomotiv rolunu oynayan konfransda iştirakın vacibliyini vurğuladı. Qeyd etdi ki, vaxtilə Ulu öndərin ölkəmizdə yürütdüyü təhsil siyasətinə əsasən təhsil alan tələbələrdən biri də özüdür. Sonda konfransda iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.
Daha sonra tələbələrin – Ələkbərli Səfərbəy, Niftullayeva Nigar, Bayramova Aytən, Quliyev Cavid, Hüseynov Xəyalın müxtəlif mövzular üzrə məruzələri dinlənildi. Tələbələrin hər biri “TƏŞƏKKÜRNAMƏ” ilə təltif olundu.
Tədbirin əsas hissəsi yekunlaşdıqdan sonra konfrans bölmələr – I bölmə - Mineralogiya, geokimya və petrologiyanın müasir problemləri. Filizəmələgəlmə nəzəriyyəsi və modelləri - mövzusunda əsaən faydalı qazıntı yataqlarının əmələgəlmə şəraiti, onların istismar metod və üsulları, ehtiyyatın hesablanmasında müasir geoloji modelləşdirmə üsullarının tətbiqi məsələrindən bəhs edilmiş, II bölmə - Hidrogeologiya və mühəndis geologiyasının müasir problemləri. Seysmologiyanın problemləri - mövzusunda yerin su ehtiyyatları, onların formalaşmasına təsir edən amillər, yer qabığını seysmoaktiv sahələrinin tədqiqi kimi məsələlər məruzə olunmuşdur.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36