Zəlzələlər və onu yaradan səbəblər
Bakı Dövlət Universitetinin Geologiya fakultəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov Bakı şəhəri, Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli orta məktəbin fizika müəllimi Ülkər Hüseynovanın təşəbbüsü ilə şagirdlərlə görüş keçirmişdir. Görüşdə məktəbin direktoru Pikə Əhmədova, bir qrup müəllim və şagirdlər iştirak etmişdir. Əvəz müəllim "Zəlzələlər və onu yaradan səbəblər" mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışında yer qabığında gedən geodinamiki proseslər, tektonik hərəkətlər haqqında geniş məlumat verilmişdir. Həmçinin zəlzələnin yer qabığında yaratdığı fəsadlar, ona qarşı mübarizə tədbirləri haqqında da məlumat verilmişdir. Gələcəkdə şagirdlərin bu sahə üzrə ixtisaslaşmasında ali təhsillərini BDU-nun Geologiya fakültəsində davam etdirməsi üçün yüksək səviyyədə maddi-texniki bazasının mövcud olması vurğulanmışdır. Görüş maraqlı disskusiya şəraitində keçmişdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.