“Azərbaycan Respublikası ərazisinin səpinti qızıllılığının qısa icmalı”
22 May 2023 15:19
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Azərbaycan Respublikası ərazisinin səpinti qızıllılığının qısa icmalı” mövzusunda elmi seminar keçirilib. Ümumi və tarixi geologiya kafedrasının dosenti Təranə Təhməzova mövzu ilə bağlı məruzəsində qeyd edib ki, Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir. Köklü yataqlarla yanaşı, ölkə ərazisi səpinti qızıllılıq baxımından da əhəmiyyətli resurslara malikdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi dogacaqdır” sözlərinin hər zaman olduğu kimi, bu gün də çox aktual və dərin mənaya malik olduğu bildirdi. Belə ki, 20 sentyabr 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi” və bu müqavilə ilə əlaqədar 1996-1997-ci illərdəki Bakı-Novorossiysk, 2002-2006-cı illərdə istismara verilən Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, 2012-ci ildə TANAP, 2013-cü ildə TAP layihələri ölkəmizin iqtisadi qüdrətinin güclənməsində mühüm mərhələ olmuşdur. Bunlarla yanaşı ölkə Prezidenti İlham Əliyev qeyri-neft-qaz sektorunun inkişafını prioritet istiqamət kimi qeyd etmiş, bu işə böyük diqqət və qayğı göstərmişdir. Qeyri-neft-qaz sektorunun lider alternativi kimi ölkədəki qızıl yataqlarının işlənilməsi istiqamətində layihələr hazırlanmış və həyata keçirilmişdir. Belə ki, 26 may 2009-cu il tarixində Gədəbəy qızıl yatağının işlənilməsinə başlamışdır. Bu istiqamətdə atılan ugurlu addımların nəticəsi olaraq 2012-ci ildən hal-hazıradək Anglo-Asian Mining Plc və AzerGold operatorlarının bilavasitə iştirakı ilə bir neçə qızıl yataq və təzahürləri açılmışdır.
Məruzəçi bildirib ki, strateji əhəmiyyətə malik olan səpinti qızıl yataqlarının işlənilməsi iqtisadi inkişaf, yüksək rentabellik, yeni iş yerlərinin açılması, birbaşa xarici investisiya, valyuta gəlirlərinin artması, ekoloji tarazlığın qorunması və s. kimi xüsusiyyətlərlə səciyyələnir. Azərbaycan ərazisində Kiçik Qafqazın, Böyük Qafqazın Azərbaycan hissəsi, Dağlıq Talış, Naxçıvan ərazilərindəki çayların əksəriyyətində səpintı qızıl yataq və təzahürləri aşkar edilib, ehtiyatları hesablanıb. Müasir dövrdə yeni laboratoriya, kosmik, riyazi modelləşdirmə üsullarından istifadə etməklə yer səthinə yaxın və dərinliklərdə yerləşən səpinti qızıl yataqlarının aşkar edilməsi, işlənilməsi tələbə və magistrantlar qarşısında yeni vəzifələr qoymaqla yanaşı, geniş elmi-tədqiqat və təcrübə imkanları yaradır.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36