Elmi seminar keçirilmişdir
28 Noyabr 2022 20:12
28.11.2022-ci il tarixində Geologiya və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Tarixi abidələrdə erməni saxtakarlığının ifşasının müasir innovativ üsullarla sübutu yolları” mövzusunda elmi seminar keçirilib. Seminarda məruzəçi qismində Geologiya fakültəsinin Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov və Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri dosent Kərəm Məmmədov iştirak etmişdir. Seminar erməni işğalından azad edilmiş ərazilərdəki Qafqaz Albaniyası abidələrində erməni işğalı dövründə etdikləri saxtakarlıqlar və onların sübutu yollarına həsr olunmuşdur. Seminarda həmçinin Geologiya və Tarix fakültələrinin fakültənin professor-müəllim heyəti, ETL əməkdaşları, magistrantlar və tələbələr iştirak etmişdir.
Seminarı Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov açaraq iştirakçıları salamladı və sözü məruzəçilərə verdi.
İlk olaraq məruzəçi Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri dosent Kərəm Məmmədov çıxış edərək bildirdi ki, əsrlər boyu qəsbkar ermənilər tərəfindən xalqımıza qarşı etnik zəmində çoxlu soyqırım faktları olmuşdur. Bununla yanaşı onlar tarixən azərbaycanlıların yaşadıqları ərazilərdə qanunsuz olaraq məskunlaşma apararaq tarixi abidələrimizi də özününküləşdirmək məqsədilə saxtalaşdırma işləri görmüşlər. Bütün bunlara baxmayaraq biz çalışmalıyıq ki, elmi sübutlarla onların bu yalan iddialarına qarşı mübarizə aparaq.
Daha sonar məruzəçi Geologiya fakültəsinin Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov qeyd etdi ki, uzun illər mənfur qonşularımız maddi-mədəniyyət abidələrimizi özününküləşdirmək üçün bütün qüvvələrini səfərbər etmişlər. Məruzədə işğaldan azad olunmuş ərazilərdə yerləşən Xudavəng, Gəncəsar, Ağoğlan məbədlərinin son 30 ildə ermənilər tərəfindən dağıdılması, bu abidələri öz adlarına çıxmaq üçün etdikləri hər cür saxtakarlıqlar barədə məlumatlar öz əksinin tapıb. O qeyd edib ki, məbədlərin tikintisində istifadə olunan daşlar, tikinti materialları və onun bağlayıcıları elə informasiyalar var ki, onları silmək mümkün deyil. Müasir mineraloji-geokimyəvi üsullarla məbədlərin tikintidə istifadə olunmuş əhəngin tərkibini, genezisini, əhəngdaşının yandırılma texnologiyasını, yandırılma sürətini və tempetaturu barədə bir çox məlumatları əldə etmək mümkündür. Bu saxtakarlıqlar müasir innovativ üsullarla - Rentgenoqrafiya, Spektroskopiya, Termik analiz, Elektron mikroskopik analiz və s. üsullarla sübuta yetirilə bilir. Bu üsullardan istifadə etməklə alınan nəticələr və onların interpretasiyası seminar iştirakçılarının nəzərinə çatdırıldı. Bununla bərabər respublika ərazisindəki tarixi abidələrin bu günə qədər dünyada qəbul edilmiş müasir tədqiqatlar səviyyəsində öyrənilmədiyi və abidələrin gələcək tədqiqatlarının bu istiqamətdə aparılmasının vacibliyi göstərildi.
Seminarda “Kompleks geoloji və geofiziki tədqiqatlar” ETL-nin əməkdaşı, Alban-udi xristian icmasının sədri Robert Mobili çıxış edərək belə tədqiqatların aparılmasının və ayrı-ayrı fakültələrdə çalışan mütəxəssislərin cəlb olunmasının vacibliyini qeyd etdi.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36