2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş birinci kurs tələbələrilə görüş keçirilib
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş birinci kurs tələbələrilə görüş keçirilib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov görüşü açıq elan edərək birinci kurs tələbələrini Bakı Dövlət Universitetinin tələbəsi olması münasibəti ilə təbrik edib və onlara yeni tədris ilində uğurlar arzu edib. Dekan öz çıxışında Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin strukturu, tarixi inkişaf yolu, tədrisin təşkili, tanınmış məzunları, ictimai-siyasi həyatı haqqında məlumat verib. Qeyd olunub ki, universitetimizdə təhsilə, elmə diqqət və qayğı hər il artır. Bakı Dövlət Universitetində tələbələrə həmişə həssaslıqla yanaşılır, onların bilik və bacarıqlara daha da mükəmməl yiyələnməsi üçün auditoriyalar, oxu zalları və kitabxanalar müasir tələblərə cavab verəcək səviyyədədir. Hər bir tələbənin mükəmməl təhsil alması üçün Bakı Dövlət Universitetində bütün imkanlar var. Fakültənin bakalavriat səviyyəsi üzrə ixtisasları haqqında, xüsusilə bu il yeni açılan “Meliorasiya mühəndisliyi” ixtisası haqqında tələbələr geniş məlumatlandırılmış və fakültədə hazırlığı aparılan ixtisasların perspektiv inkişaf istiqamətləri haqqında məlumat verilib.
Görüşdə iştirak edən Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev, Faydalı kafedrasının müdiri, akademik Vasif Babazadə, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri, professor Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov və Seysmologiya və Yer təkinin fizikası kafedrasının mediri, dosent Əvəz Məmmədov Faydalı qazıntılar kafedrasının professoru Vaqif Qurbanov tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzu ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.